GameYer loqosuGameYer
KlublarPopulyarRayonlarPC / PSYeniliklərHaqqımızdaƏlaqə
+ Klubunu əlavə et+Klubunu əlavə et
© 2026 GameYerPopulyar klublarYaxın klublarKlub qiymətləriPC klublarıInternet klublarıPlayStationUcuz PCUcuz PlayStation24/7YeniliklərHaqqımızdaMetodologiyaMəxfilikİstifadəçi razılaşmasıInstagramTikTok
KlublarRayonlarAxtarYeniliklərMenyu
← GameYer-ə qayıt

Məxfilik siyasəti

Son yenilənmə: 24 sentyabr 2026

GameYer hansı məlumatlardan istifadə edir?

GameYer Azərbaycandakı PC və PlayStation klublarını tapmağı asanlaşdıran platformadır. Saytın əsas klub siyahısı və xəritəsi şəxsi hesab yaratmadan istifadə oluna bilər.

İstifadə statistikası

GameYer xidmətin keyfiyyətini yaxşılaşdırmaq və sayt istifadəsini anlamaq məqsədilə Google Analytics və Meta Pixel kimi analitika texnologiyalarından istifadə edə bilər. Bu xidmətlər səhifə baxışları, trafik mənbəyi, cihaz/brauzer məlumatları və saytdakı müəyyən qarşılıqlı əlaqələr barədə texniki məlumat toplaya bilər.

GameYer bu analitika vasitələrinə telefon nömrəsi, e-poçt, dəqiq koordinat və ya istifadəçi lokasiyası kimi məlumatları məqsədli şəkildə ötürmür.

Lokasiya

Yaxın klubları göstərmək və xəritəni mövqeyinizə uyğunlaşdırmaq üçün lokasiya yalnız sizin icazənizlə istifadə olunur. GameYer cihazınızın lokasiya koordinatlarını öz verilənlər bazasında saxlamır.

Müraciət və əlaqə məlumatları

Düzəliş və yeni klub təklifi formalarında klubun adı və əlaqə nömrəsi qəbul olunur. Bu məlumatlar müraciəti yoxlamaq və lazım olduqda sizinlə əlaqə saxlamaq üçün istifadə olunur; public klub səhifəsində avtomatik yayımlanmır.

Müraciətlərin məzmunu və əlaqə məlumatları admin panelində yalnız səlahiyyətli admin hesabları üçün görünür. Həll olunmuş və ya rədd edilmiş müraciətlərə artıq ehtiyac qalmadıqda admin tərəfindən silinə bilər. Şifrə, SMS kodu, bank kartı məlumatı və ya hesab giriş məlumatı göndərməyin.

Klub məlumatları

Klub adı, ünvan, telefon, iş saatı, sosial şəbəkə, qiymət və digər biznes məlumatları ictimai mənbələrdən və ya klub tərəfindən təqdim edilən məlumatlardan formalaşa bilər. Təsdiqlənməyən məlumat fakt kimi əlavə edilmir və dəyişikliklər mümkün olduqda rəsmi mənbə ilə yoxlanılır.

Xarici xidmətlər

Xəritə funksiyası xəritə plitələri və naviqasiya üçün üçüncü tərəf xidmətlərindən istifadə edə bilər. Telefon, Instagram və naviqasiya keçidlərini açanda həmin xidmətlərin öz məxfilik qaydaları tətbiq olunur.

Əlaqə, düzəliş və məlumatın silinməsi

GameYer-də klub barədə yanlış və ya köhnə məlumat görürsünüzsə, əlaqə səhifəsindən birbaşa düzəliş göndərə bilərsiniz. Öz müraciətinizdə verdiyiniz əlaqə məlumatının silinməsini istəsəniz GameYer-in rəsmi əlaqə kanallarından müraciət edə bilərsiniz.

Əlaqə səhifəsinə keç →